29 Yanvar 13:31
1 876
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağımıza artıq Böyük Qayıdış başlayıb. Bu prosesi çox böyük sevgiylə tək mən yox, bütün azərbaycanlılar izləyir”.

Teleqraf.com xəbər verir ki, bu sözləri işğaldan azad edilmiş ərazilərimizə qayıdışla bağlı xalq artisti Röya Ayxan deyib: “Belə bir qayıdışda iştirak etdiyim üçün çox şanslıyam. Füzulidə konsert verəndə baxdım ki, artıq əhali oradadır. Yavaş-yavaş hər kəs öz evinə gəlir. Arzularım sənətimlə bağlıdır. Orada böyük orkestrlə konsert vermək istəyirəm. Əminəm ki, mənə qismət olacaq. Sevərək evlərinizə dönün, birlikdə o gözəl günləri yaşayaq, bayramları sizin yanınızda olum. Biz artıq evlərimizə qayıdırıq!”

Qeyd edək ki, bir müddət öncə Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, məcburi köçkünlərin doğma yurda qayıdışı başlayıb.

Bu günədək 1300-dən çox ailənin bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrinə köçürülməsi təmin edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər