Xalq artisti Ağadadaş Ağayev ATV kanalında onun mahnısını ifa edən həmkarı Elşad Qarayevi tənqid edib.
Teleqraf.com xəbər verir ki, Ağadadaş Ağayev həmkarı haqqında bu sözləri deyib:
"Bəziləri mahnımı elə oxuyurlar, onların yerinə utanıram. Məsələn, Elşad Qarayev dostumuzdur, “Necə deyim” mahnımı oxuyub. Özünə də demişəm. Mahnını ifa edərkən necə dəyişibsə... Onun özünə də demişəm ki, mahnını düzgün oxu.
Elşada ərkim çatır deyə deyirəm, digərləri də eşitsinlər. Onun reaksiyası mənim üçün önəmli deyil. Mahnı övlad kimidir".