14 Fevral 13:37
6 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Röya Ayxan 2024-cü ildə ilk layihəsini təqdim edib.

Teleqraf.com xəbər verir ki, pop-kraliça 14 Fevral - Sevgililər Günü münasibətilə “Zülmətəm” adlı yeni mahnısı və klipini sevənlərinin ixtiyarına verib.

Mahnının söz və musiqisi FARİD AQA-ya məxsusdur. Estrada ulduzu klipini bu dəfə də türkiyəli rejissor Orçun Mutluya həvalə edib. Röya Ayxan 7 obrazda kamera qarşısına keçib. O. Mutlu buna qədər sənətçinin “Ummadığım anda”, “Afaki”, “Tez gəl” kliplərini çəkib.

Ekran işi üzərində Türkiyədən olan peşəkar komanda çalışıb. Bütün geyimlər və aksessuarlar xüsusi olaraq hazırlanıb.

Mahnı və klip Röya Ayxanın yutub və bütün rəqəmsal platformalarında yerləşdirilib.

Röya bu klipinə görə 6 saat bıçaq altına girib.

Mahnı və klip Röya Ayxanın yutub və bütün rəqəmsal platformalarında yerləşdirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər