Ukraynalı aktrisa Olqa Sumskayanın qızı Antonina Papernaya rus serialında rol alıb.
Teleqraf.com xəbər verir ki, anası Ukraynadakı müharibənin ilk günlərindən xalqını dəstəkləyərək ölkəni tərk etməsə də, Papernaya Rusiyada qalıb və karyerasını orada davam edib.
Antonina Papernaya “Moskvada qapımı döy” serialına çəkilib. O, baş qəhrəmanın keçmiş nişanlısı rolunu oynayıb.
Xatırladaq ki, Olqa Sumskaya bir müddət əvvəl qızına mövqeyinə görə çağırış edib.