26 Yanvar 2015 15:22
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur Hollivud ulduzu və BMT-nin xoşməramlı səfiri Ancelina Coli yezdi kürdləri ziyarət edib.

Teleqraf.com “Hürriyet”ə istinadən xəbər verir ki, aktrisa İraq Kürd Regional rəhbərliyinin nəzarətindində olan Duhok rayonundaki Hanke çadır düşərgəsində yezidi qaçqınlarla görüşüb.

"Sonuncu səfərimdən bəri İraqda humanitar durumun necə pisləşdiyini görmək məni sarsıdır. Çoxlu sayda suriyalı qaçqınlardan əlavə, təkcə 2014-cü ildə zorakılıq yolu ilə iki milyon iraqlı didərgin düşüb. Bu günahsız insanların çoxu dəfələrlə öz yurdlarından ayrılmalı olublar, çünki dəyişməkdə olan cəbhə xətti boyunca təhlükəsiz yer axtarırlar".

İŞİD terrorundan qaçaraq Duhokdaki düşərgəyə sığınan qaçqınları çadırlarında ziyarət edən Colini düşərgə sakinləri böyük maraqla qarşılayıblar.

Qeyd edək ki, Kürd Regional Rəhbərliyi İraq və Suriyadan gələn 1.6 milyon qaçqına ev sahibliyi edir.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər