Türkiyədən yenicə qayıdan müğənni Günay İbrahimli yeni mahnı üzərində çalışır.
Teleqraf.com xəbər verir ki, ifaçı yeni mahnısının “Huzur” adlandığını söyləyib. Mahnının sözləri və musiqisi Tural Bayraməliyevə məxsusdur.
Mahnı haqqında fikirlərini bildirən Günay bu bəstənin də seviləcəyinə inandığını bildirib:
"Tural bu günə qədər bir çox mahnılar bəstələyib, sözlər yazıb, amma mən hesab edirəm ki, bu mahnı onun ən çox uğur qazanacağı işi olacaq. O, işinə çox ciddi yanaşan insandır, mən bilirəm ki, o da hər bir bəstəsi üçün mənim qədər həyəcan keçirir".
G.İbrahimli bundan əlavə olaraq bildirib ki, mahnı yaxın günlərdə radio dalğalarında səslənəcək.
Qeyd edək ki, Günay bir neçə gün öncə yeni prodüsser Tamilla Hüseynəliyeva ilə işbirliyinə başlayıb.
Rüstəm