Mayamidə keçirilən kainat gözəli müsabiqəsininin qalibi bəlli olub. Kolumbiya gözəli Pauilina Veqa növbəti il üçün "Kainat gözəli" seçilib.
Teleqraf.com-un məlumatına görə, 22 yaşlı Veqa onunla rəqabət aparan amerikalı Nia Sançez və üçüncü yerə çıxan ukraynalı gözəl Diana Harkuşanı üstələyib. 18-27 yaşında ailəsi və uşağı olmayan qadınlar arasında aparılan müsabiqədə 88 nəfər iştirak edib.
Boqota universitetində biznes üzrə təhsil alan Veqa 1985-ci ildən bəri müsabiqənin qalibi olmuş ilk Kolumbiya gözəldir.