Cazibədar model Keyt Apton yeni reklam çəkilişləri üçün kamera qarşısına keçib.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, kişi jurnallarına bikinili poza verən Keyt bu dəfə “Ekspress” firmasıının 2015-ci il yaz-yay kolleksiyanın reklam çəkilişində iştirak edib.
22 yaşlı cazibədar model dənizçi geyimi ilə pozalar verib.
Modelin hazırda iki məşhur firma ilə müqaviləsi var. O, “Bobbi Brow” markasının siması və “Ekspress” brendinin əməkdaşıdır.
Qeyd edək ki, Keyt Apton ötən il “People” jurnalı tərəfindən 2014 -cü ilin ən seksual modeli seçilib.
Teleqraf.com fotoları təqdim edir:
Rüstəm