27 Yanvar 2015 18:51
1 414
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının xoşməramlı səfiri Ancelina Coli İraq Kürd Regional Rəhbərliyi Baş naziri Neçirvan Bərzani ilə görüşüb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa iraqlı və suriyalı qaçqınların başına gələnləri "böyük fəlakət" adlandırıb.

Neçirvan Bərzani qaçqınları ziyarət edən Colinin onlara mənəvi dəstək olduğunu bildirib. O, Colidən Kürdüstan bölgəsinin real vəziyyətini beynəlxalq ictimaiyyətə çatdırmasını istəyib:

“Buradakı insanlara kömək etmək bizim məsuliyyətimizdir. Bu səbəbdən beynəlxalq ictimaiyyətin və BMT-nin daha çox köməyinə və diqqətinə ehtiyacımız var".

Qeyd edək ki, Ancelina Coli ötən gün İraqın Duhokdakı 18 minlik qaçqın düşərgəsini ziyarət edib.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər