Türkiyəli müğənni Əmrə Altuğ iştirak etdiyi televiziya proqramında boşandığı Çağla Şikel haqqında danışıb.
Teleqraf.com “Hürriyet”ə istinadən xəbər verir ki, uzun müddət evil olan və qəfildən boşanmağa qərar verən cütlük haqqında iddia ortaya atılıb. Aparıcı olan Çağla ötən həftə keçirdiyi mətbuat konfrasında söz-söhbətləri təkzib edib.
Bu dəfə Altuğ suallara cavab verib. O, keçmiş həyat yoldaşının basketbolçu Kərəm Tunçeri ilə əlaqəsinin olmasını təkzib edib:
"Xəyanətin isbatı kimi istifadə edilən foto Çeşmədəki otelin parkında çəkilib. O kadrda 15 nəfər var. Xəyanətdən söz belə gedə bilməz".
Xəyanət iddialarını təkzib edən Altuğ "Nə Çağla, nə də mən bu cür dedi-qodulara layiq deyilik. Çox böyük eşq yaşadıq. Bir-birimizi sınayaraq, maneələri keçərək bu evliliyi qorumuşuq. Aslan kimi iki oğul sahibi olduq. Sevgimiz hiss etmədiyimiz şəkildə bitdi. Qəlbim də ağladı, gözlərim də, amma indi vəziyyətə uyğunlaşma çalışıram. Aramızdakı hörməti itirmədən ayrılmağa qərar verdik" söyləyib.
Rüstəm