Türkiyənin “O səs Türkiyə” yarışmasında iştirak edən müğənni Elnur Hüseynov növbəti qələbəsin qazanıb.
Teleqraf.com-un məlumatına görə, Ebru Gündeşin komandasında olan Elnur "Habanera" opera parçasını səsləndirib.
Elnurun bu mərhələdə Hadisənin komandasından Sidenur və Mazhar-Özkan cütlüyünün komandasından Naciyə adlı iştirakçılarla yarışıb.
Zalın səsverməsinə görə üçlüydə ən çox səs toplayan Elnur növbəti mərhələyə keçib.
Qeyd edək ki, Acun İlıcalının aparıcısı olduğu verilişdə münsif kreslosunda tanınmış müğənnilər Ebru Gündeş, Hadisə, Gökhan Özoğuz, Mazhar Alanson və Özkan Uğur yer alıb.
Rüstəm