Tanınmış müğənni Teylor Sviftin "Instagram" və "Twitter" hesabı hakerlərin əlinə keçib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, istifadəçi parolu oğurlandığı üçün müğənni "Twitter" hesabını bağlayıb. Teylorun oğurlanmış profilindən izləyicilər "lizzard" və "veriuser" hesablarını izləməyə dəvət olunub.
Hücumu üzərinə götürən Lizard Squad haker qrupu ifaçının çılpaq şəkilinidə ələ keçirdiklərini deyiblər. Onlar bu şəkili müəyyən məbləğ qarşılığında paylaşmağa razıdırlar.
Xatırladaq ki, 2014-cü ildə haker hücumu nəticəsində bir çox məşhurların çılpaq şəkilləri internetdə yayılıb.
Rüstəm