3 İyun 17:21
481
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mən heç vaxt istəmərəm ki, qadınlar güclü olsunlar. Qadınlar sadəcə xoşbəxt olmaldırlar. Güclü qadın olmaq üçün nə qədər maneələrdən keçməlisən. Yıxılmalısan, ayağa qalxmalısan, nə qədər zərbələr yeməlisən".

Teleqraf.com xəbər verir ki, bu sözləri xalq artisti Naibə Allahverdiyeva MTV Azərbaycan kanalında deyib:

"Həyatın ağır daşlarını nə qədər zərif çiynində daşımaq olar... Düşünürəm ki, qadınlar xoşbəxt olmalıdırlar. Düzdür, ali təhsil almalı, kariyera qurmalı və öz ayaqlarının üzərində durmalıdırlar. Bunlar çox yaxşı haldır. Amma bu, qadına çox baha başa gəlir. Həyatda öncə qadın xoşbəxtliyi, onun ailəsidir. Dünyanın ən zəngin, şöhrətli qadını ol, əgər ailən yoxdursa, xeyri yoxdur. İnsan hüzuru öz ailəsində və ailənin üzvlərində tapır. Məsələn, şöhrətli bir insandır, tanınır, küçəyə çıxır, insanlar ona yaxınlaşır, hər kəs gözəl söz deyir. Amma evində o hüzuru görmür. O, kənardan başqaları üçün xoşbəxt görünür. Halbuki deyil..."



Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər