4 İyun 11:13
1 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şair Salam Sarvan səhhətindəki son vəziyyətdən danışıb.

Teleqraf.com-a açıqlamasında o, səhhətinin yaxşılaşdığını deyib: "Həkimlərlə mütəmadi əlaqə saxlayıram. Dünən müayinə üçün xəstəxanaya getmişdim. Əməliyyatın nəticələri ilə bağlı hər şey yaxşıdır, uğurlu keçib. Amma bundan sonra kimyaterapiya davam edəcək. Hələ ki tam hərəkət azadlığım yoxdur. Əsasən evdə oluram. Arada həyətdə gəzirəm".

Qeyd edək ki, Salam Sarvanın qaraciyərində şiş aşkarlanıb. O, Liv Bona Dea Hospitalda 10 saatlıq əməliyyat keçirib.



Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər