14 May 2014 15:45
1 593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Sevda Sanalıyeva “Sus Bakım” mahnısına klip çəkdirəcək.

Bu barədə Teleqraf.com-a müğənninin yeni iş birliyinə başladığı prodüseri Rauf Sahiboğlu deyib. O bildirib ki, yaxın günlərdə çəkilişlərə başlanılacaq:

“Bu mahnını Sevda çox bəyəndi deyə ifa etdi. Belə deyək də sevə-sevə ifa etdiyi mahnılarından oldu. Çox gözəl lirik musiqidir. Mahnı təqdim olunandan sonra dinləyicilərin də rəğbətini qazandığını gördük. Bu bizi daha da ürəkləndirdi ki, mahnıya ekran həyatı verək. Ona görə düşündük ki, gözəl Bakımızda mahnıya klip də çəkilsin. Klipdə Sevdanın tərəf müqabili sözlərə uyğun olaraq Bakı olacaq. Çünki mahnının sözlərində müraciət və şikayət Bakıya ünvanlanacaq”.

Qeyd edək ki, söz və musiqisi Zülfi Bədəlova aid olan klipin rejissoru Nail Naiboğlu, prodüseri Pərviz Oqtayoğludur.

Pərvin


Müəllif: