Apellyasiya Məhkəməsində xalq artisti Flora Kərimovanın jurnalist Ülviyyə Alovlu barəsində şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, Flora Kərimova bu haqda İnstaqram hesabında məlumat verib:
"Apellyasiya Məhkəməsi Ülviyyə Alovlunun “Floranı udmuşam” qısa təntənəsini təkrar haqlı zəfərimlə sonlandırdı. Apellasiyanın ədalətli hakimlərinə çox sağ olum var".
Qeyd edək ki, Flora Kərimovanın təhqir və böhtanlardan şikayətinə əsasən, Ülviyyə Alovlu qarşı xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət işi başlanılmışdı.
Tərəflər arasında qalmaqala səbəb Ülviyyə Alovlunun Flora Kərimova barəsində sosial şəbəkələrdə səsləndirdiyi fikirlər olub.