5 İyun 18:10
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Afət Fərmanqızı Arb televiziyasında yayımlanan "Həmin Zaur" verilişində şəxsi həyatından danışıb.

Teleqraf.com xəbər verir ki, Afət Fərmanqızı ikinci həyat yoldaşı Mamed Nanacanov haqqında bu sözləri deyib:

"Rusiyada həyat yoldaşımın şadlıq sarayı var. O, məndən əvvəl iki dəfə evli olub. İlk evliliyindən bir, ikinci nikahından isə iki övladı var. Biz rəsmi nikah bağlamışıq. Rəsmi nikah olmadan evliliyi qəbul etmirəm. Kimsə deyir ki, dini kəbin kəsdirmişik. Bu, mənə çatmır. Öncə rəsmi nikah olmalıdır, dini kəbin isə insanın istəyinə uyğun olmalıdır.

Onun restoranında çıxış etmişdim. Beləliklə, tanışlığımız başlamışdı. Həyat yoldaşım restoranında toy məclisi edən hər kəsə deyirmiş ki, Afət Fərmanqızı kimi ifaçı yoxdur, onu dəvət edin. Mənimlə evlənməyi düşünürmüş".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər