Türkiyəli aktyor Burak Özçivitin həyat yoldaşı, aktrisa Fahriye Evcen doğum gününü qeyd edib.
Teleqraf.com xəbər verir ki, 37 yaşı tamam olan Fahriye Evcenin ad günü tortu diqqət çəkib.
Tortda aktrisanın ailə şəkilləri, evi və divardan asılmış fotoların maketləri yer alıb.
Bu isə sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.