Müğənni Nadir Qafarzadə türk ifaçılarının Azərbaycan mahnısı oxumasını tənqid edib.
Teleqraf.com xəbər verir ki sənətçi bu haqda türk müğənni Ceylan Koynat Turanın "Əziz dostum" mahnısını səsləndirməsini pisləyib.
"Böyük iş görüb, əziyyəti çox oldu. Bizim ifaçılar onların mahnılarını özlərindən yaxşı oxuyurlar. Onlar isə Azərbaycan mahnılarını elə bil son mənzilə yola salırlar" deyə, Nadir şərhdə bildirib.