12 İyun 12:19
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əgər həyatımdan kitab yazılsa, inanın ki, vərəq, mürəkkəb yetməz. Film çəkilsə, lent də çatmaz".

Teleqraf.com xəbər verir ki, bu sözləri xalq artisti Nazpəri Dostəliyeva "Xəzər axşamı" verilişində deyib:

"Həyatım elə keşməkeşli yollardan keçib ki, ağır, çətin, şərəfli... Bunların hamısı bir-birini tamamlayıb. Hər zaman Allahıma şükür etmişəm ki, ayaqdayam. Hətta verilişə bir az qaraldan çıxmış libasda gəldim. Bunlar hamısı sevginin qarşılığıdır. İnsanların ovqatını kədərə kökləmək istəmirəm. Əksinə, onları xoş ovqatıma şərik etmək istəyirəm. Xarici görünüşüm, səhnədəki gülüşüm o demək deyil ki, mən xoşbəxtəm.

Mən xanımlarımızı xoşbəxt görmək istəyirəm, güclü yox. Xanımlarımız mənim kimi həyat yaşamasınlar”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər