Türkiyənin məşhur "Kızılcık Şerbeti" serialının yeni mövsümündə "Yaprak Dökümü"nün Cevriyəsi, aktrisa Güler Ökten rol alacaq.
Teleqraf.com xəbər verir ki, Güler Ökten serialda Görkem obrazını canlandıran aktrisa Özge Özacarın nənəsi obrazını canlandıracaq.
Qeyd edək ki, serialda baş rolları Sıla Türkoğlu və Doğukan Güngör canlandırır.