Türkiyəli məşhur aktrisa Beren Saat həyat yoldaşı, müğənni Kənan Doğulunun Harbiyedə baş tutan konsertinə qatılıb.
Teleqraf.com xəbər verir ki, Beren Saat Kənan Doğulunun haqqında bildirdiyi "Sevgini Berenden öyrəndim" fikirlərinə reaksiya göstərib.
O, "Özünü yeniləyən sevgimiz var. Ona görə də xoşbəxtəm. Özümü şanslı hiss edirəm",-deyə vurğulayıb.
Qeyd edək ki, cütlük 2014-cü ildə ailə qurublar.