Tanınmış türkiyəli sənətçi Mahsun Kırmızıgül Bakıdadır.
Teleqraf.com xəbər verir ki, o, bu gün axşam “28 Cinema”da müəllifi olduğu “Möcüzə” filminin təqdimatında iştirak edəcək. Aktyor filmi pərəstişkarları ilə birlikdə izləyəcək. Qonaqlar arasında “Kurtlar vadisi” serialının “Zaza dayısı” - Əli Sürməli də olacaq.
M.Kırmızıgül Bakıya gələrkən hava limanında çəkdirdiyi fotonu sosial şəbəkədə paylaşaraq “Azərbaycan, Bakı” sözlərini yazıb.
Rüstəm