Meyxanaçı Ağamirzə Məmmədov onun göyərti biznesinə başladığı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Teleqraf.com xəbər verir ki, meyxanaçı qaynarinfo-ya açıqlamasında bildirib ki, göyərti biznesi onların ailəlikcə dolanışıq yeridir:
“Qardaşlarımla göyərti biznesindəyik. Elə oldu ki, mən bu sənətə kökləndim, biznesdən ayrıldım. İndi bu işə qardaşlarım baxır. Maştağada sovxozda sahələrimiz var. Birləşib əkirik, becəririk, sonda da satırıq. Şükür Allaha, pis yaşamırıq, biz bununla dolanıb böyümüşük”.
Ağamirzə Məmmədov hazırda bütün tədbirləri təxirə saldığını vurğulayıb:
“Məhərrəmlik ayıdır, bütün işlərimiz dayanıb. Biz bu ayda yığıncaqlar etmirik. Tədbirlərimiz bir də sentyabr ayında başlayacaq. Ona kimi dincələcəyəm. Bir çox yarımçıq işlərim var, onları səhmana salmalıyam”.