Müğənni Manaf Ağayevin sentyabrın 1-də növbədənkənar parlament seçkilərində 84 saylı Füzuli seçki dairəsindən namizəd olacağı haqqında yayılan xəbərlərə münasibət bildirib.
Müğənni Teleqraf.com-a açıqlamasında yayılan xəbərləri təkzib edib:
"Yanlış məlumatdır. Mən deputat olmaq iddiasında deyiləm. Yatsam yuxuma da girməz. Növbədənkənar patlament seçkilərinin nə zaman baş tutacağını da bilmirəm. Yəni mənə aidiyyətı olmayan haldır. Mənə deputatlıq təklif etsələr də getmərəm.
Hər kəsin öz işi var. Mən musiqiçiyəm, sənətimlə məşğulam. Mənim parlamentdə nə işim var?!".
Qeyd edək ki, bu haqda məlumatı İnterpress.az saytı yayıb