12 İyul 14:53
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs əməliyyat masasına uzanacaq.

Teleqraf.com xəbər verir ki, İbrahim Tatlısəs yaxın günlərdə ürəyindən əməliyyat olunacaq.

Son zamanlar səhhətində yaranan problemlər səbəbindən mütəmadi olaraq kardioloq müayinəsindən keçən Tatlısəsin ürək əməliyyatından əvvəl yaxınlarından halallıq istədiyi bildirilib.

İbrahim Tatlısəs Harbiye açıq hava səhnəsində baş tutan konsertində səhhəti haqqında danışıb: "Ürəyimin qapağı dəyişəcək. Haqqınızı halal edin. Duallarınızı əskik etməyin. Əməliyyatdan oyana bilməsəm, mahnılarımı dinləyin".

Qeyd edək ki, İbrahim Tatlısesin 72 yaşı var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər