Xalq artisti Hacı İsmayılov aparıcı Ülviyyə Xəlilbəylinin "O üz" verilişində mərhum həmkarı Nuriyyə Əhmədova barəsində danışmaq istəməməsi fikirlərinə reaksiya göstərib.
Xalq artisti Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:
"Nuriyyə Əhmədova haqqında lazım olan yerdə o qədər danışmışam ki. Çünki çox yaxşı insan idi. Dəfnində iştirak etməməyimə gəlincə, həmin vaxt Bakıda deyildim".
Qeyd edək ki, "O üz" verilişində aparıcı Ülviyyə Xəlilbəyova Hacı İsmayılovun Nuriyyə Əhmədova haqqında danışmaq istəmədiyini və illər əvvəl onun dəfn mərasimində iştirak etmədiyini deyib.