13 İyul 12:30
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Miri Yusifin konsertinin ilk günü baş tutub.

Teleqraf.com xəbər verir ki, Yaşıl Teatrda reallaşan gecədə sənət adamları, xalq artistin ailə üzvləri, qazilər və "YAŞAT" Fondunun dəstəyi ilə şəhid ailəsi üzvləri qonaq qismində iştirak ediblər.

Sənətçi səhnə dekorasiyası, səhnə işıqları, rəqslərlə gecəyə xüsusi hazırlaşdığını sübut edib. Gur işıqların arasında səhnəyə çıxan Miri Yusif “Mən heç kiməm” mahnısını ifa edib. Ard-arda sevilən mahnılarını səsləndirən müğənni tamaşaçılarla söhbət etməyi də unutmayıb. O tamaşaçılara təşəkkürünü bildirərək onların sevgisinin önəmindən bəhs edib. Xalq artisti həyat yoldaşı Nərgiz Mirbabayevaya da sevgisini elan edib. Bildirib ki, 15-il öncə xanımı ilə Yaşıl Teatrda Röya Ayxanın konsertində rastlaşıb və ona vurulub.

Miri Yusif ailə üzvlərinə, valideynlərinə və ruh əkizlərinə səslənərək onların dəstəyini daim hiss etdiyini də vurğulayıb.

Qeyd edək ki, iyulun 13-14-ü də Yaşıl Teatrda Miri Yusif konserti baş tutacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər