15 İyul 14:17
1 314
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı İlkin Həsəninin həyat yoldaşı, bloger Aysel Həsəni mübahisə etdikləri videonu sosial media hesabında paylaşıb.

Teleqraf.com xəbər verir ki, Aysel Həsəninin "Bu günkü geyimimi o qədər çox soruşulublar, amma təəssüf ki, bitib" sözlərinə İlkin Həsəni "Əgər səndən bu geyim soruşublarsa, mən adımı dəyişərəm. Kim soruşub, aç, direktinə baxım. Yalan danışmaqdan ötrü ölürsən",- deyə cavab verib.

Aysel isə həyat yoldaşına "Əsəblərimi pozdu. Nə isə bu geyimdən yoxdur. Hekayələrimi xarab etmək üçün ölürsən", - deyə reaksiya göstərib.

İlkin Həsəni daha sonra həyat yoldaşını məsuliyyətsizlikdə günahlandırıb: "Bütün günü evdə bunun haqqında danışmısan. Harasa gedirik, deyirsən, kartı unutmuşam. Hansısa dövlət işində işləsəydin bir həftəyə səni çölə atardılar. Deyərdilər, bizə belə məsuliyyətsiz adam lazım deyil. Bəxtin gətirib ki, sənin işin əyləncə ilə bağlıdır. Sən əylənə-əylənə pul qazanırsan".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər