Amerikalı reper Kanye Vest və həyat yoldaşı Bianka Sensori restoranlara buraxılmayıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Bildirilir ki, cütlüyün geyimi restoran sahiblərinin qəzəbinə səbəb olub.
Sosial şəbəkələrdə bu hadisə belə şərh olunub:
“Restoranımın digər qonaqlarına hörmət əlaməti olaraq, onlara deyərdim ki, bura gəlməsinlər”, “Onları restoranıma buraxmazdım. Bunu uşaqlar da görür", "Hansı layiqli restoran bu cür müştərini qəbul edə bilər?”, “Əvvəllər qalstuk taxmadığın üçün restorana giriş qadağan edilə bilərdi. İndi demək olar ki, çılpaq gəlirlər. Zaman necə dəyişib?”.