Türkiyədə "Star" TV-də yayımlanan “Yalı çapkını” serialının baş qəhərmanları Mert Ramazan Demir və Afra Saraçoğlunun ayrıldığı iddia edilib.
Teleqraf.com xəbər verir ki, Afra Saraçoğlu və Mert Ramazan Demir bir-birini İnstaqramda izləmədən çıxarıblar.
Qeyd edək ki, yaxın günlərdə cütlüyün İspaniyada gizlincə evləndiyi də iddia edilmişdi.