29 İyul 17:04
1 170
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızı ilə məhkəmə prosesinin uzadılmasından şikayət edib.

Teleqraf.com xəbər verir ki, Flora Kərimova şəxsi İnstaqram səhifəsində video paylaşaraq bu sözləri deyib:

"Mən başa düşə bilmirəm ki, hakim Abbas Rzayev məhkəmə psosesini niyə uzadır? Bu qədər haqsızlıq olar?! Qanun imksn verdiyi halda ona istinad etməkdənsə, prosesi gündən-günə uzadırsınız, sabah olsun, o biri gün olsun. Niyə?.. Nə vaxta kimi bu yaşımda mən məhkəməyə ayaq döyəcəm? Ekspertizadan keçən sübuta niyə göz yumursunuz, məhkəmə prosesinin uzadılmasını nə ilə izah edirsiniz?

Ölkə başçısına və Mehriban Əliyevaya ərizə yazacam. Dayanan, bağışlayan deyiləm. Abbas müəllim, kimi gözləyirsiniz? Bu mövqe mənim özümə, ailəmə, nəvəmə, gələcəyimə, bioqrafiyama olan münasibətimdir. Bu ləkə boynumda qalmayacaq".

Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızının onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edir.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər