“Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirli 1,2 milyonluq rəsmi instaqram hesabını sıfırlayıb.
Teleqraf.com xəbər verir ki, tanınmış sima indiyədək paylaşdığı bütün videoları, fotoları silib və izlədiyi şəxsləri izləmədən çıxarıb.
Lakin onun TikTok hesabında bütün paylaşımlar qalmaqdadır.
Xatırladaq ki, ötən ilin avqustunda N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobillə yük maşınına (TIR) çırpılıb. Qəza nəticəsində avtomobildə olan bloqerin dostu Ruslan Məmmədov vəfat edib. N. Şakirlinin sağ qolu dirsəkdən amputasiya olunub. O, Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma – Ölümə səbəb olduqda) maddəsi ilə təqsirləndirilib və çıxarılan hökmlə “Nikosayağı”ya 5 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Lakin məhkəmə təyin olunmuş cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsini uyğun hesab edib. Bloqer haqda seçilmiş “başqa yerə getməmək barədə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılıb.