Xalq artisti Emin Ağalarovun əkiz övladları Əli və Mikayıl açıqlamaları ilə diqqət çəkiblər.
Teleqraf.com xəbər verir ki, xalq artistinin oğulları Əli Ağalarov və Mikayıl Ağalarov "Dream Fest 2024" Beynəlxalq Musiqi Festivalında jurnalistlərə açıqlama veriblər.
Əli Ağalarov deyib ki, belə bir genişmiqyaslı festival Bakıda baş tutmasına çox şaddır:
"Dream Fest 2024" Beynəlxalq Musiqi Festivalı mənim çox xoşuma gəldi və ümid edirəm ki, gələn il daha da yaxşı olacaq. Fesrivalda Devid Foster, atam və Nikol Şerzingerin birlikdə duetinin çox bəyəndim".
Mikayıl Ağalarov isə vurğulayıb ki, festival çox parlaq keçib: "Festival zamanı yağışın yağması isə xüsusi gözəllik verdi. Atamı sevirəm. Onun gördüyü işləri bəyənirəm və fəxr edirəm".