Əməkdar artist Əkbər Əlizadə hava limanında gərgin anlar yaşayıb.
Teleqraf.com xəbər verir ki, Əkbər Əlizadə uçuşun gecikməsindən şikayət edərək mübahisə edib:
"Cavab verin ki, nəyə görə bu qədər saat ərzində camaatı sağdan-sola, soldan-sağa aparırsınız? Səbəbi nədir? Onu istəyirsiniz ki, mətbuata yayaq? Pul vermişik, boğazımızdan kəsmişik, istirahətə gedirik, burnumuzdan gətirdiniz".