3 Avqust 15:48
3 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün əvvəl Bakıda tədbirlərin birində türkiyəli bloger Danla Biliçin onunla şəkil çəkdirmək istəyən azərbaycanlı blogerləri "zooparkdakılar" adlandırdığı iddia olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə aparıcı-prodüser Tarix Əliyev (Tolik) sosial media hesabında video paylaşıb.

Ad çəkmədən o, Danla Biliçi tənqid edib: "Yalandan 6 milyon izləyicisi var. Deyirlər, videolarının 1 milyon izləməsi var, amma cəmi 150 şərh yazılır. O da bizim bəzi influenser xanımlarımız kimi yalandan özünə izləyici artırır. Onun Bakıda hansısa görüşü olub, bizimkilər də görməmişlik ediblər. Bu influenser də izdihamı "zoopark"a bənzədib.

Düz deyir, o, böyük adam deyil. Gəlib, bizim də görməmiş blogerlərimiz onunla şəkil çəkdirmək üçün üstünə cumublar. Guya o da paylaşaq, bizimkilər də düşəcək onun 6 milyonluq izlənməsinə. Buna görə də o, Azərbaycan xanımlarını bu gözlə görüb.

Bizim dəyərli xanımlarımız və blogerlərimiz var. Görməmişlik etmək lazım deyil".

Prodüser Danla Biliçi Bakıya gətirənləri də günahlandırıb: "Günah onu Bakıya gətirəndədir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər