6 Avqust 18:48
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Vüsalə Əlizadə formada qalmasının sirrini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu haqda o, İnstaqramda hekayə bölümündə məlumat verib:

"Son bir ayda 58 kiloqramdan 54-ə düşdüm. Pəhriz demək olmaz, sadəcə doğru seçimlər və qadağalar deyək. Bir çox xanımlar yazır ki, paylaşın, bölüşün, bizə dəstək olun. Baş üstə. Amma belə şərt kəsək, "sabahdan başlayacağam, bu gün yeyim" olmasın. Güclü və iradəli olmaq əsasdır. Çörək, un məhsulları, şirniyyat, "fast-food" qidalara, qazlı içkilərə, dondurmaya yox deyirik. Nəticəni görəndən sonra özümüzə hədiyyələr edə bilərik. Məsələn, mən günlər sonra bişirdiyim ləzzətli "peraşki"dən yedim. Bu günə saat 09:00-da 1 stəkan ilıq limonlu su ilə başlamışam. 12:00-da yaşıl alma. Saat 4-də gavalı qurusu ilə çay (yaşıl çay olsa, daha yaxşıdır) içmişəm".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər