Xalq artisti Emin Ağalarov şəxsi həyatı haqqında açıqlamalar verib.
Teleqraf.com xəbər verir ki, Emin Ağalarov Rusiya mediasına müsahibəsində həyat yoldaşı Alyona Qavrilova ilə ikinci dəfə evlənməsindən danışıb:
“Biz bunu necə edəcəyimizi çoxdan düşünürdük. Münasibətlərimizi rəsmləşdirməyimizin şərəfinə tarix seçdik, imza atdıq və nahar etdik. Təxminən 60-70, bəlkə də 80 nəfər olardı. Bu dəfə atam bizi təbrik etməyə gəlmişdi.
İlk toyumuz möhtəşəm keçmişdi, sonra ayrıldıq. Sonra yenidən bir araya gəldik. Qərarlaşdırdıq ki, nikahımız qanuni olmalıdır. Bu ilin may ayında evləndik və terrasdakı restoranımda dostlarla yığışdıq. Gözəl axşam idi. Dostlarım və həmkarlarım çıxış etdilər...
Mən həyat yoldaşımla xoşbəxtəm. Bizdə bir tərəfdən uyğun gəlməyən xarakterlər, digər tərəfdən harmoniya var, çünki Alyona çox sakitdir, publik insan deyil. Mən Alyonanı çox sevirəm, 10 ildən çoxdur, bir yerdəyik. Mən ona yenidən evlənməyi təklif etdim. Dərhal razılaşmadı, çünki iki dəfə eyni yerə ayaq basmaq istəmədiyini söylədi. Cavab verdim ki, mən elə bir ünvanam, sən hədsiz sayda oraya addım ata bilərsən”.