Əməkdar artist Rafael İskəndərov Ağdama gedib.
Teleqraf.com xəbər verir ki, Rafael İsgəndərov şəhid Müşviq Abbasovun kəndi Abdala gedərək mərhum dostunun xatirəsini yad edib: “Bu videonu dostum şəhid Abbasov Müşviq Qabil oğlunun əziz xatirəsinə həsr edirəm. Bu gün sənin kəndindəyəm, Abdaldayam. Bu gün Ağdama gəlmək sənsiz qismət oldu. Allah sənə rəhmət etsin.
Deyirdin ki, müharibə bitsin, sənə Qarabağı gəzdirəcəm. Bu gün biz gözəl torpaqlarımızı ziyarət edirik. Bu işdə zərrə qədər də əziyyəti olan hər kəsin qarşısında baş əyirəm".