Xalq artisti Ənvər Həsənovun qızı Aytən Həsənova atasının səhhətindəki son vəziyyətdən danışıb.
Aytən Həsənova Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: "Atamın səhhətində irəliləyiş yoxdur. Ev şəraitində müalicəsi davam edir. Yenidən xəstəxaya gedəcəyik. Üç gündür ki, qaraciyər və böyrəklərində güclü ağrıları var. Xəstəxanada qalmağı sevmir".
Qeyd edək ki, bir neçə gündür xalq artistinin səhhətində problem yaranıb.