12 Avqust 15:49
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Son illər Azərbaycanda inanmağımız çətin olan xoş hadisələr baş verir. Belə hadisələrdən birini də indi yaşamaqdayıq. Milli Məclisə seçkilərdə Xankəndidə səsvermənin olacağını düşünəndə çox həyəcanlanıram”.

Teleqraf.com xəbər verir ki, bu sözləri "Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında Xalq artisti Fəxrəddin Manafov söyləyib:

“Xankəndi Vətənimdir, mən orada doğulmuşam. Tezliklə bizim şəhərdə də yerli əhali seçkilərə qatılacaq, səsverməyə gedəcək, parlamentdəki təmsilçimizi seçəcək. Bunu düşünərkən keçirdiyim hissləri sözlə ifadə etmək olmur. İlk növbədə sonsuz qürur hissi yaşayıram və bütün azərbaycanlılar kimi mən də çox xoşbəxtəm”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər