Xəbər verdiyimiz kimi, müğənni Nazənin Salayevanın 1,1 milyon izləyicisi olan instaqram səhifəsi xakerlər tərəfindən oğurlanıb.
İfaçının prodüseri Pərviz Fəqan Teleqraf.com-a açıqlamasında səhifənin hələ də geri qaytarılmadığını deyib: "Bu məsələdə heç bir dəyişiklik yoxdur".
"Nazənin Salayevanın səhifəsində ona yaxın sənətçiləri hədəf alaraq paylaşım edirlər. Necə düşünürsünüz, bu, hansısa sənətçinin sifarişi ola bilərmi" sualına prodüser belə cavab verib:
"Mənim nəsə deməyimə ehtiyacım yoxdur. Səhifədə hər şey görsənir. Sadəcə burada bir məqam da var, Nazənin xanımın sənət aləmindən yaxın olan həmkarlarını, dostlarını hədəf alıblar. Başa düşmək olmur.
Bunu Nazənin xanımın həmkarlarından kiminsə sifariş verəcəyini söyləyə bilmirəm. Çünki bizim ciddi düşmənçilik etdiyimiz sənətçi yoxdur.
Yenidən İnstaqram səhifəsi açmaq çətin deyil. Bu, böyük bir uğursuzluq da deyil. Nazənin xanım sənət dostları haqda paylaşımlardan narahat idi. Amma fotosu paylaşılan sənət dostlarının özləri Nazənin xanıma zəng edib bildirdilər ki, başa düşürük, səhifə oğurlanıb. Aramızda olan hörmət və sevgimizə kölgə salmaq istəyirlər".