Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə iclasında tərəflər arasında barışığın əldə olunması xəbərlərinə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Flora Kərimova sosial media hesabında paylaşım edərək yayılan məlumatları təkzib edib.
"Bu xəbərin mənbəyi kimdir? Bağışlayan tərəf mənəmsə, mən bağışlamamışam", - deyə o, açıqlama yayıb.
Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edib.