30 Avqust 12:41
1 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Baxımlı qadın olmağım haqqında deyim ki, qaydalara riayət etmirəm. Məsələ, deyirlər, tez yatıb, tez durmaq lazımdır. Mən gec yatıb, tez dururam. 8 saat yuxu almıram, amma aldığım yuxu mənə bəs edir".

Teleqraf.com xəbər verir ki, bu sözləri xalq artisti Zülfiyyə Xanbabayeva İnstaqram hesabında video paylaşaraq deyib.

Xalq artisti bildirib ki, insanlar tərəfindən sevilir: "Hərdən ürəyimiz gülməyəndə, üzümüz gülür. Var-dövlət gəlib keçicidir, əsas hörmətdir. Sevgi-hörmət qalıcıdır. Düşünürəm ki, mən o hörməti qazanmışam. Arzum budur ki, üzərimə toz qonmasın".

Xalq artisti televiziyalara çıxmamasının səbəbini də açıqlayıb: "Bu tənbəllik deyil, televiziyalarda məni qane etməyən hallar var. 38 ildir efirə az-az çıxıram. Efirə çıxmaq üçün zəng vurulanda aylarla uzadıram, sentyabrda deyirəm, oktyabr, oktyabrda deyirəm yeni ildə. Sosial şəbəkələr yaranandan sonra hərənin bir tribunası var. Buradan asılı qalmışıq. İşimizin bir parçası olub.

İfaçı geyim seçimində özünə çərçivə də qoyduğunu açıqlayıb: "Mənə özümdən başqa heç kim çərçivə qoya bilməz".

Xalq artisti illərlə eyni imicdə qalmasının səbəbini də açıqlayıb: "Çox dəyişiklik olanda görürsən ki, dəyişmisən, özün olmamısan".

İfaçı onu da deyib ki, yaxına heç kimi buraxmadan, ünsiyyətdən qaçaraq enerjisini yüksəldir: "Səhərlər özüm-özümlə qalmağı daha çox sevirəm".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər