Amerikalı müğənni Teylor Svift xarici məşhurlar arasında ən zəngin qadınların ilk beşliyinə daxil olub.
Teleqraf.com xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb.
Sənətçi varlı qadınlar siyahısında 4-cü yerdə qərarlaşıb. Müğənninin sərvəti 1,3 milyard dollar qiymətləndirilir. Aparıcı Opra Uinfri 3 milyard dollarla reytinqdə birinci yeri tutub.
İkinci yerdə 1,7 milyard dollarla Kim Kardaşyan, üçüncü yerdə isə 1,4 milyard dollarla Rihanna qərarlaşıb. Madonna isə beşinci yeri tutub.