26 Sentyabr 10:57
382
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Vəfa Şərifovanın xakerlər tərəfindən oğurlaranan 1,6 milyonluq İnstaqram hesabı bərpa edilib.

Teleqraf.com xəbər verir ki, Vəfa Şərifova İnstaqram səhifəsində video paylaşaraq qalmaqal yaşadığı həmkarı Şəbnəm Tovuzlunun da ittihamlarına cavab verib.

"İnstaqram səhifəm bağlansa da saxta hesablarımdan sosial şəbəkəni izləyirdim. Müğənnilər arasında təbliğat apardılar ki, İnstaqram səhifəsini özü bağlatdırıb. Mən İnstaqram səhifəmi bərpa edən Ruslan bəydən xahiş edəcəm ki, hər şeyi sübutlarla göstərsin. Mənə iki güllə dəysə, deyəcəklər ki, kiməsə görə özü-özünü vurub. Bu qədər də olmaz", - deyib.

Qeyd edək ki, hər iki müğənni arasında "Cənnətimsən" adlı mahnıya görə qalmaqal baş verib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər