27 Sentyabr 17:03
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Kərim Abbasov "Rəngarəng" verilişində həbsdə olan prodüser Təranə Səmədovanı ziyarət etməsindən danışıb.

Teleqraf.com xəbər verir ki, Kərim Abbasov bu sözləri deyib: "Ailəmlə Şamaxıda istirahət edirdim, mənə zəng gəldi. Gördüm ki, zəng vuran Təranə Səmədovadır. Ağlaya-ağlaya dedi ki, Kərim, təkəm, heç kimim yoxdur, sənə etdiklərimə görə haqqını halal elə, yardım üçün məni ziyarət et.

Nəyə görə Təranə Səmədovanı həbsdə ziyarət etdim? Ailəm israr etdi ki, o, həbsdə təkdir, gözü yoldadır. Əgər bugünkü vəziyyətində mənə ağız açıbsa, deməli, onu qurban olduğum istəyir. Həbsə düşənə qədər mənimlə ədavət aparırdı. Allah qapısını açsın.

O danışanda ki, balalarını görə bilmir, çox pis oldum. Həbsdə ziyarətinə getmişəm və yenə də gedəcəm. Düzdür, orada Təranə Səmədova ilə görüş olmadı, icazə vermirlər".

Qeyd edək ki, Təranə Səmədova ilə Kərim Abbasov evli olublar.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər