12 Fevral 2015 09:45
1 643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı müğənni Elnur Hüseynov "O səs Türkiyə"nin final həftəsinə vəsiqə qazanıb.

Teleqraf.com Axşam.az-a istinadən xəbər verir ki, Ebru Gündeşin komandasında yarışmağa davam edən Elnur bu dəfə "Exogenesis" simfoniyasından bir parça səsləndirib.

Mazhar-Özkan cütlüyünün və Hadisənin yarışmaçıları ilə səhnəyə çıxan həmyerlimiz tamaşaçı səsverməsi nəticəsində üçlüyün birincisi olub.

Qeyd edək ki, TV8 telekanalında Acun İlicalının aparıcı olduğu səs yarışmasının münsiflər heyətində məşhur müğənnilər Ebru Gündeş, Hadisə, Mazhar-Özkan cütlüyü və Gökhan Özoğuz yer alır.


Müəllif: