"Azərbaycanda 2024-cü ilin ilk dörd ay ərzində 17 qadın qətlə yetirilib. Amma bu, gündəm deyil. Bu gündəmi biz yaratmalıyıq".
Teleqraf.com xəbər verir ki, bu sözləri blogger Aynişan Quliyeva İnstaqramda hekayə bölümündə yazıb.
Blogger ölkəmizdə həyat yoldaşı tərəfindən qətlə yetirilən qadınların sayının artmasından narahat olduğunu və buna görə kampaniya başlanmasının vacibliyini vurğulayıb:
"Əri tərəfindən güllələnən, altı bıçaq zərbəsi ilə öldürülən qadınlarımız da siyahıda var. Türkiyə susmur, Azərbaycan da susmamalıdır".