9 Oktyabr 13:07
1 327
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Ülviyyə Namazova qonşusu tərəfindən bıçaqlanaraq Kliniki Tibbi Mərkəzə (Semaşko) yerləşdirilən qardaşı Vüqar Namazovun səhhətindən danışıb.

Müğənni Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: "Hazırda qardaşımın səhhəti yaxşıdır. Ötən gün xəstəxananın reanimasiya şöbəsindən palataya köçürülüb. Səhhəti üç gün çox ağır olub. Hadisə baş verən günü Bakıda deyildim.

Hadisə içkili halda qardaşımla qonşusu arasında baş verib. Üç-dörd nəfər olublar. Məkanların birində yeyib-içiblər, sözləri düz gəlməyib. Qardaşıma üç bıçaq yarası vurub.

Bıçaqlanma məkandan çıxandan sonra olub. Binəqədi ərazisində meşəlik bir əraziyə gediblər. Həmin adam qardaşımı bıçaqlayaraq qaçıb.

Mübahisə avtomobildə baş verib. Qardaşım musiqiyə yüksək səs verib, o da deyib ki, musiqinin səsini aşağı et. Anam həmin şəxsdən şikayət edib. Çünki qardaşımı bıçaqla vurub qaçıblar. Özü sürünə-sürünə 700 metr yola çıxıb və kömək istəyib.

Qardaşımı vuran şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər